Şriftin ölçüsü :

Saytın rəngi :

26 Fevral – Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə “Xocalı soyqırımı – qan yaddaşımız!” adlı tədbir keçirilib

24 fevral 2023 | 15:16

Tədbirə başlamazdan əvvəl Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin, Xocalı qurbanlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının Aparat rəhbəri Sevinc Xəlilova bildirib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqrımından 31 il ötür. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu soyqrım Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Samux Rayon İcra Hakimiyyəti Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Bu il xalqımız Xocalı soyqırımının 31-ci il dönümünü qeyd edir. Faciədən 31 illik bir müddət keçməsinə baxmayaraq Xocalı və digər yaşayış məntəqələrindən olan qurbanları heç vaxt unutmamalıyıq və unutmayacağıq.

Kəmalə Xəlilova bildirib ki, son illər Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev işğal altında olan torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın bir çox dövlətləri Xocalı qətliamını əsl soyqırım kimi tanıyır və qəbul edir.

Keçidlər