Şriftin ölçüsü :

Saytın rəngi :

26 dekabr 2022-ci il tarixdə Samux şəhərindən olan 44 günlük Vətən müharibəsi şəhidi Hümbətov Nurəddin İlqar oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirildi.

26 dekabr 2022 | 18:36
26 dekabr 2022-ci il tarixdə Samux şəhərindən olan 44 günlük Vətən müharibəsi şəhidi Hümbətov Nurəddin İlqar oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirildi.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov Samux şəhərindən olan Vətən müharibəsi şəhidi Hümbətov Nurəddin İlqar oğlunun şəhadətinin ildönümü ilə bağlı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, rayonun imamı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Məktəblilər vətənpərvərliklə bağlı şeirlər dedilər.
Hümbətov Nurəddin İlqar oğlu 26 dekabr 1998-ci il tarixdə Samux şəhərində anadan olmuşdur. Samux şəhər 1 saylı məktəb-liseyin məzunudur. 2020-ci ildən Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kimi xidmətə başlayıb. 09 noyabr 2020-ci il tarixdə Şuşa-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 18 noyabr 2020-ci il tarixdə Samux şəhərində dəfn olunub. Şəhid "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Keçidlər