Samux rayonun 2020-ci ildə iqtisadi və sosial inkişafın makroiqtisadi göstəriciləri
2020-ci ilin makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.
2020-ci ilin məhsulu üçün rayon üzrə 11184,2 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 1638,2 hektar və ya 17,2 faiz çoxdur. 2020-ci ilin məhsulu üçün 5508,2 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 1895,8 hektar və ya 25,7 faiz azdır.
Yazlıq səpinin 1285,0 hektarı və ya 23,3 faizi çoxillik otlar, 182,5 hektarı və ya 3,3 faizi kartof, 706,5 hektarı və ya 12,8 faizi tərəvəz, 1943,5 hektarı və ya 35,3 faizi günəbaxan, 225,2 hektarı və ya 4,1 faizi şəkər çuğunduru, 111 hektarı və ya 2,0 faizi yazlıq arpa, 10 hektarı və ya 0,2 faizi yazlıq buğda, 36 hektar və yaxud 0,7 faiz paxlalılar, 30,0 hektarı v\ə yaxud 0,5 faizi çəltik, 35 hektarı və yaxud 0,63 faizi tərəvəz(toxumluq), 496 hektar və yaxud 9,0 faizi qarğıdalı, 342,5 hektarı və yaxud 6,2 faizi bostan, 21,0 hektarı və yaxud 0,4 faizi birillik otlar, 1,5 hektarı və yaxud 0,03 faiz vələmir, 2,0 hektarı və yaxud 0,04 faizi çovdar, 80,5 hektarı və yaxud 1,5 faizi pambıq olmuşdur.
Hesabat dövründə 10212,2 hektar taxıl sahəsində biçin aparılmışdır. Həmin sahələrdən 41057,9 ton məhsul yığılmışdır. Məhsuldarlıq hər hektardan orta hesabla 40,2 sentner olmuşdur.
2020-ci ilin hesabat dövründə 18184,7 ton meyvə istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 82,9 ton və ya 0,5 faiz çoxdur.
Bundan başqa 11492,8 ton üzüm, 2164,5 ton kartof, 164440,3 ton tərəvəz, 5271,4 ton bostan, 77,5 ton çəltik, 4684,0 ton günəbaxan, 18448,9 ton qarğıdalı, 91,8 ton paxlalılar, 1,5 ton vələmir, 3,7 ton çovdar, 160,6 ton pambıq, şəkər çuğunduru 8940 ton, 67446,1 ton quru ot, 21718,7 ton küləş və s. istehsal olunmuşdur.
Təsərrüfatlarda 14706,9 hektar sahədə şum qaldırılmışdır. Həmin sahələrdə 10806,9 hektar payızlıq səpin aparılmışdır ki, bunun da 5951,2 hektarı buğda, 4012,7 hektarı dən üçün arpa, 840 hektarı isə xəsil, 3 hektarı isə çovdar olmuşdur.. 3225,8 hektar sahədə təkrar əkin aparılmışdır.
2020-ci ilin IV rübünün sonuna 23402 baş iri buynuzlu mal-qara, 138994 baş qoyun və keçilər mövcud olmuşdur.
Əvvəlki illə müqayisədə iri buynuzlu mal-qara 170 baş və ya 0,7 faiz, qoyun və keçilər isə 952 baş və ya 0,7 faiz azalmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 0,5 faiz artaraq 5767 ton, süd istehsalı 0,1 faiz artaraq 31367 ton, yumurta istehsalı 0,9 faiz artaraq 7503,0 min ədəd, yun istehsalı 0,3 faiz artaraq 261,3 ton olmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 96154,2 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz çoxdur.
Hesabat dövründə fiziki şəxslər də daxil olmaqla sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 6487,4 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.
2020-ci ildə fiziki şəxslər də daxil olmaqla emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 1093,3 min manatlıq mal və məhsul istehsal etmişlər ki, bu da əvvəlki ilin nisbətən 25,4 faiz çoxdur. Rayon üzrə istehsal olunmuş 6487,4 min manat mal və xidmətlərin 5394,1 min manatı dövlət, 1093,3 min manatı qeyri-dövlət sektorunun, ondan 470,3 min manatı fərdi sahibkarların, 419,6 min manatı isə ev təsərrügfatlarının payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun qalığı olmamışdır.
Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 15021,5 min manatlıq təmir- tikinti işləri aparılmışdır. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 dəfə çoxdur.. Təmir-tikinti işlərinin 14765,9 min manatı dövlət müəssisələri, 255,6 min manatı isə qeyri-dövlət müəssisələri tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin 13466,1 min manatı yeni tikinti, yenidən-qurma və genişləndirmə işlərinə, 1487,1 min manatı cari təmirin, 68,3 min manatı isə əsaslı təmirin payına düşür.
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 42048,0 min manat olmuşdur ki. bu da əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur. Sənayeyə 969,6 min manat, kənd təsərrüfatına 1023,6 min manat, tikinti işlərinə 1056,2 min manat, nəqliyyat və anbar təsərrüfatına 12548,7 min manat, sosial sahəyə isə 26449,9 min manat, investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 14541,9 min manatı ietehsal təyinatlı, 27506,1 min manatı isə qeyri-istehsal təyinatlıdır. 4402,3 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 982,0 min manat olan 3382,0 kvadrat metr mənzil tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 40991,8 min manatı və ya 97,5 faizi dövlət büdcəsindən ayrılmış, 1056,2 min manatı və ya 2,5 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Samux rayonunda 2020-ci il ərzində bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:
Gəncə-Samux, Samux-Lək, Samux-İnstitut-Sarıqaya, Samux-Qaraağaclı avtomobil yollarında və çiyin hissələrində 93,4 min m2 sahədə çınqıl materialı ilə təmir işləri aparılaraq, 5,8 min m3 həcmində çınqıl materialı işlədilmişdir. Eyni zamanda Samux-Yenikənd-Poylu-Burunqovaq avtomobil yollarında yolun çınqıl örtüklü hissələrində 121,6 min m2 sahədə 7,6 min m3 miqdarında təmir işləri aparılmışdır. Gəncə-Samux, Samux-Hacıalılı, Qovlarsarı-Qaraarx, Samux-İnstitut-Sarıqaya, Samux-Qaraağaclı və Samux-Yenikənd avtomobil yollarında asfalt beton qarışığı ilə 31910 m2 sahədə təmir işləri görülmüşdür. Bu məqsədlə 4196 ton miqdarında 209,8 min manat dəyərində iş həcmi yerinə yetirilmişdir. Rayonun ən ucqar beş kəndini rayon mərkəzi ilə birləşdirən Samux-Yenikənd-Poylu avtomobil yolunda su keçidlərində diametri 800 mm ölçüdə 144 paqonmetr uzunluğunda, dəyəri 15,3 min manat olmaqla dəmir-beton borular quraşdırılmışdır. Yenikənd-Poylu istiqamətində yolun asfalt örtüyü ilə örtülməsi işləri yekunlaşdırlmışdır. Samux-Yenikənd-Poylu avtomobil yolundakı 4 ədəd körpünün tikintisi işləri yekunlaşmış və ümumi yol əhalinin istifadəsinə verilmişdir.
Rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 2020-ci il ərzində Qaraağaclı qəsəbəsində əhaliyə xidmət edən 3 ədəd müxtəlif güclü transformatorlar üzrə 0,4 kv-luq xətlərdə 40 ədəd və 6 kv-luq xətlərdə isə 21 ədəd yararsız dayaqlar yenilənmiş, 2000 metr yararsız naqillər yeni AS-50 markalı naqilərlə əvəz edilmişdir.Bundan başqa Seyidlər kəndində 1 ədəd, Qədili kəndində 2 ədəd müxtəlif güclü transformatorlar üzrə 1800 metr elektrik xətdi yenisi ilə əvəz olunmuş, 39 ədəd yeni dayaq quraşdırlmışdır, 10 kv-luq xətlərdə isə 8 ədəd yararsız dayaqlar yenisi ilə əvəzlənmişdir.
İstixana kəndində elektrik şəbəkəsinin yenidənqurulması istiqamətində 4160 metr SİP kabel xətlərinin çəkilişi işləri həyata keçirilmiş, 119 ədəd yeni beton dayaqlar basdırılmışdır. Sərkar yaşayış məntqələrində 2860 metr uzunluğunda elektrik xətləri SİP kabellə əvəz olunub. Sərkar kəndində əhaliyə xidmət edən 2 transformator məntəqəsinin 0,4-kv-luq şəbəkəsi yenidən quraşdırılaraq, 39 ədəd metal dayaqlar basdırılmış, 2860 metr uzunluğunda elektrik xətləri SİP kabellə əvəz olunmuşdur. Hesabat dövrü ərzində əhali qrupu üzrə istismar edilən 27 ədəd transformator əsaslı təmir olunmuşdur. Əhali qrupu üzrə yararsız sayğacların dəyişdirilməsi və yeni abonentlərə elektrik enerjisi verilməsi məqsədilə 610 ədəd sayğac dəsti quraşdırılmışdır.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür.Hal-hazırda rayonun 30 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Hesabat dövrü ərzində rayon abonentlərinin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə Sarıqaya, Qarabağlılar, Samux şəhirinin Kolayır massivində, Sərkar və Çobanabdallı kəndlərinə 5 ədəd ŞQTM tipli qaz tənzimləyicilər quraşdırılmışdır. İnstitut-Bağbanlar yaşayış məntəqələrinə diametri 108 mm-lik 463 metr və Samux şəhərində diametri 160 mm-lik 2800 metr xətt dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Qarayeri qəsəbəsi, Ziyadlı və Qarabağlılar kəndlərində 2000 metr yeni qaz xəttinin çəkilişi işləri görülmüşdür. Hesabat dövrü ərzində 236 yeni abonent təbii qazla təmin edilmiş, ümumilikdə xidməti ərazidə 6130 qaz sayğacı yenisi ilə əvəz edilmişdir.
Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün müvafiq Sərəncama uyğun olaraq, 3,24 hektar təmizləyici qurğuya və 2,22 hektar su anbarının inşa edilməsinə torpaq sahəsi ayrılmışdır. Hesabat dövrü ərzində əhaliyə xidmət edən 17 ədəd içməli su kimi istifadə olunan subartezian quyusundan 13 ədədi saz vəziyyətə gətirilərək abonentlərin istifadəsinə verilmişdir. Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə su sayğaclarının tətbiq edilməsinə başlanılmışdır. Samux şəhərində yerləşən 36 mənzilli çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün 200 m3 su anbarından nasoslar vasitəsilə mənzillərə məişət suyu verilir. Hesabat dövründə dövlət layihəsinə əsasən Samux şəhərində yeni su sisteminin qurulmasına başlanılmış, 55391 metr yeni su xətti çəkilərək əhalinin içməli su ilə təmin olunması üçün istifadəyə verilmişdir.. Əhaliyə 1930 ədəd ev birləşməsi, 1560 ədəd su sayğacı quraşdırılmışdır.
Rayon əhalisinə göstərilən rabitə vəb poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. Yüksəksürətli internet portalının tutumu 688 port artırılmış və aztelekom.net portalının montaj tutumu 6160 porta çatdırılmışdır. Hazırda rayonda internet xidmətindən 6044 abunəçi istifadə edir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 850 abunəçinin artmasını göstərir.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır.“Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur. Bu sərəncamlar əsasında rayonumuzda 2020-ci il üçün 15 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, artıq 15 subartezian quyusunda son tamamlama işləri görülmüş və istifadəyə verilmişdir.
Subartezian quyularında 2020-ci il ərzində müvafiq olaraq 375 ədəd nasos, 36 ədəd elektrik avadanlığı, nasos stansiyalarda mexaniki və elektrik avadanlıqları təmir edilmişdir. Hesabat dövrü ərzində subartezian quyusunun və nasos stansiyalarında müvafiq olaraq 65,5 mln.kvt/s elektrik enerjisi sərf olunmuş və dəyəri Samux Elektrik Şəbəkəsinə ödənilmişdir. Bunun nəticəsində 207,7 milyon m3 su istehsal edilmiş və əkin sahələrinə verilmişdir.
Torpaqların suvarılması üçün kanallarda 2020-ci il ərzində rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda 629 min m3, yəni 327 km lildən təmizləmə işləri aparılmışdır. Kanallarda və çaylarda 152 min m3 sahilbərkitmə və selə qarşı torpaq işləri görülmüşdür. Kanallarda 72 ədəd HTQ, 26 ədəd hidropost təmir edilmişdir. Təsərrüfatarası və təsərrüfatdaxili kanallarda 30000 m2 kol-kosdan təmizləmə işləri aparılmışdır. Əlavə olaraq kanallarda əl ilə lildən təmizləmə işləri aparılır. Boru kəmərlərində 1 km təmir işləri aparılmış, boru kəmərləri tam işlək vəziyətə salınmışdır. Əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması üçün Alıuşağı, Zazalı, Qiyaslı, Əhmədbəyli, Ağasıbəyli, Çobanabdallı, Qarayeri, Sərkar, Füzuli, Əlibayramlı və Samux şəhərində və digər ərazilərdə qrafik üzrə təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri aparılır. Suvarma kanallarında yaranan çətinliklər aradan qaldırılır.
Hesabat dövrü ərzində rayon ərazisində olan əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün 4 ədəd subartezian quyularında yeni kalonun qazılması planlaşdırılıb və hal-hazırda 4 ədəd subartezian quyusunda işlər başa çatmışdır.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 9 fərdi evin tikintisində işlər başa çatdırılaraq istifadəyə verilmişdir və 8 fərdi evin tikintisi davam etdirilir. Seyidlər kəndi ərazisində qaçqın və məcburi köçkün ailələri üçün 200 ailəlik şəhərciyin salınması işlərinə başlanılmış, hal-hazırda işlər başa çatmaq üzrədir.
2020-ci ildə rayon ərazisində səhiyyə sisteminin yaxşılaşdırlması istiqamətində Rayon Mərkəzi Xəstəxanası üçün yeni xəstəxana kompleksinin tikintisinə torpaq sahəsi ayrılaraq sənədləşmə işləri aparılmış, 90 çarpayılıq xəstəxananın tikintisinə başlanılmışdır. Hal-hazırda işlər davam etdirilir. İnstitut qəsəbəsində həkim məntəqəsinin, Alıuşağı və İstixana kəndlərində tibb məntəqəsinin tikinti işləri həyata keçirlmişdir.
Hesabat dövrü ərzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 800 şagird yerlik Sərkar kənd tam orta məktəbinin, 100 yerlik Sərkar kənd uşaq bağçasının, Ziyadlı kəndində 60 yerlik uşaq bağçasının tikilməsi və 600 yerlik tam orta məktəbin əsaslı təmiri, Qədili kəndində 80 yerlik modul tipli məktəbin tikintisi işləri həyata keçirilmiş, işlər başa çatdırılaraq istifadəyə verilmişdir.
Bundan başqa hesabat dövründə İnstitut qəsəbəsində 960 şagird yerlik tam orta məktəbin tikinti işlərinə başlanılmış və hal-hazırda işlər davam etdirlir. 624 yerlik Çobanabdallı kənd tam orta məktəbinin tkintisi üçün layihə sənədlərinin hazırlanması işləri həyata keçirilir.
2020-ci ildə sərnişin daşınması 45,9 faiz azalaraq, 5218 min nəfər olmuşdur. Mal və xidmətlərin həcmi 44,5 faiz azalaraq, 1779,4 min manata çatmışdır. Hesabat dövründə sərnişin dövriyyəsi 36526,0 min sərnişin km olmuşdur.
Hal-hazırda rayonda 1 rabitə müəssisəsi - Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Hesabat dövründə telefon çəkilişi 261, telefon aparatlarının sayı isə 8854 ədəd olmuşdur.
Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 935,1 min manat və ya əvvəlki ilə nisbətən 12,5 faiz çox olmuşdur.
2020-ci ildə rayon üzrə pərakəndə ticarət dövriyyəsi 100123,1 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 17,8 faiz azdır. Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 1687,6 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət dövriyyəsinin 49,2 faizini təşkil edir.
Pərakəndə ticarət dövriyyəsinin 63277,8 min manatı və ya 63,2 faizi ərzaq mallarının, 36845,3 min manatı və ya 36,8 faizi isə qeyri-ərzaq mallarının payına düşür.
Topdansatış əmtəə dövriyyəsi 778,7 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 241,5 min manat və ya 23,7 faiz az olmuşdur.
2020-ci ildə əhaliyə 21371,1 min manatlıq ödənişli xidmət göstərilmişdir ki. bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 28,0 faiz azdır. Ödənişli xidmətin 1810,3 min manatını və ya 8,5 faizini məişət xidməti təşkil edir.
Fiziki şəxslər tərəfindən 15025,2 min manatlıq və ya ümumi həcmin 70,3 faizi qədər ödənişli xidmət göstərilmişdir.
Hesabat dövründə əhaliyə cəmi 1700,4 min manatlıq iaşə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 2026,5 min manat və ya müqayisəli qiymətlərlə 54,8 faiz azdır. İaşə xidmətinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. Rayonda iaşə xidməti ilə 65 fiziki şəxs məşğul olmuşdur.
2020-ci ildə muzdla çalışan işçilərin orta sayı 5236 nəfər, həmin işçilərə hesablanmış əməkhaqqı fondunun məbləği isə 28446,0 min manat təşkil etmişdir. Hər bir işçiyə düşən orta aylıq əməkhaqqının məbləği 452,7 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,4 faiz çoxdur.
Samux Rayon Statistika İdarəsi