Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qiyaslı kəndində səyyari görüşü keçirilmişdir.

09 iyul 2014 | 15:00

08  iyul   2014-cü  il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qiyaslı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qiyaslı kənd  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xəlilov Cavanşir  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd  də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar oldu.
1. Əliyeva  Qiyafət İbad qızı çıxış edərək kənd də  yeni subartezian quyusunun vurulması  təklifini verdi.
2. Cəfərov Əlövsət  Cahangir oğlu  kənddəki yararsız elektrik dirəklərinin  dəyişdirilməsini xahiş etdi.
3. Ağayev  Qəhrəman Ərşad oğlu  Qiyaslı – Zazalı yolunun cari təmiri    təklifi ilə çıxış etdi.

    Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər