Şriftin ölçüsü :

Saytın rəngi :

Gündüz Bayramov: Prezident İlham Əliyev praqmatik və müdrik siyasəti ilə Azərbaycanı daim irəliyə aparır

02 fevral 2021 | 16:00

“Dövlətimiz 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib.
Gündüz Bayramov bildirib ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz Liderinə, Onun gücünə etibarını daha da möhkəmləndirdi. Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız, nəhayət, qələbə qazandı.
Rayon təşkilatının sədrinin sözlərinə görə, yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev öz praqmatik və müdrik siyasəti ilə Azərbaycanı daim irəli aparır: “Xalqımız ölkə Prezidentinin ətrafında “dəmir yumruq” kimi birləşib. Azərbaycan irəliyə doğru inamla addımlayır. 44 günlük II Qarabağ müharibəsində qazanılmış möhtəşəm Zəfər bunun sübutudur. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən, güc toplayan Azərbaycan xalqı, onun rəşadətli Ordusu düşməni torpaqlarımızdan qovdu, üçrəngli bayrağımızı işğal altında olan bütün torpaqlarımızda dalğalandırdı, ərazi bütövlüyümüzü bərpa etdi, Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu. Azərbaycan Prezidenti İlham Əliyev bu Zəfərin memarı, II Qarabağ müharibəsinin əsl qəhrəmanı, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdı. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşamızın işğaldan azad olunduğu günün - 8 noyabrın Zəfər Günü kimi təsis edilməsi, Qələbəmizin dünyaya təqdimatı kimi dəyərləndirilən Zəfər paradının keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır. Zəfərimiz günbəgün qüdrətlənən, ən islahatçı ölkələr sırasında qərarlaşan Azərbaycanın qarşısında yeni imkanlar açacaq”.
MÜŞFİQƏ

Keçidlər