Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəni qorumaq müqəddəs borcumuzdur

02 fevral 2021 | 16:00

Bu gün YAP Samux rayon təşkilatında 2 Fevral Gənclər Günü münasibətilə videokonfrans keçirildi. Tədbirdə YAP Samux rayon təşkilatının Şura üzvləri və Gənclər Birliyinin üzvləri iştirak etdilər.Gənclər Günü II Qarabağ müharibəsində Şanlı Qələbəmizdən sonra ilk olduğu üçün “Vətəni qorumaq müqəddəs borcumuzdur” devizi altında keçirildi.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq, 2 Fevral Gənclər Günü münasibətilə təbriklərini çatdırdı.Sonra qeyd etdi ki, müqəddəs torpaqlarımızı və vətənimizi qorumaq bizim ən ali amalımız, vəzifəmiz olmalıdır.Bu günkü gənc nəsil dövlətimizin gələcəyinin təhlükəsizliyinin qarantıdır.Tariximizin səhifələri Azərbaycanın qəhrəman övladlarının şücaətləri ilə doludur. Biz qəhrəmanlarımızı heç vaxt unutmamalıyıq.
Sonra Şura üzvlərindən Rəşad Qarayev çıxış edərək vurğuladı ki, Azərbaycanda 2 fevral tarxinin – Gənclər Günü kimi qeyd olunması müdrik siyasi lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il 2 fevral tarixində ölkə rəhbəri Heydər Əliyevin dəstəyi ilə respublika gənclərinin I Forumu keçirilmişdir. Respublika gənclərinin həyatında mühüm hadisə olan bu forumdan bir il sonra Prezident 2 fevral gününün ölkədə Gənclər Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.Həmin müdrik siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü yeni nəsil yetişir.
` YAP Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova söz alaraq qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Bəli, Azərbaycanın gələcək varlığı naminə nəinki gənclər, hər birimiz Vətənpərvər olmalıyıq. Çünki borcumuzun olduğu bu Vətəni qorumaq bizim ən ümdə, ən ülvi amalımızdır.
Daha sonra Gənclər Birliyinin sədri Rəşid Şabanov çıxış edərək söylədi ki, hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Mən də bu fikirlə tam razıyam. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə proqres varsa deməli o cəmiyyətdə gənclər də proqressiv, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır.
Digər Gənclər Birliyinin üzvləri də Kəmalə Mustafayeva, Dilarə Əsgərova, Günel Əhmədova və Nuranə Həsənova da çıxış edərək qeyd etdilər ki, bundan sonra da gənclərimiz əsl vətənpərvərlər kimi yetişməlidirlər. Onların hər biri vətəni, torpağı həmyerlimiz, Vətən Müharibəsi Qəhrəmanı Əli Hüseynov kimi sevməli, qorumağı bacarmalıdırlar. Biz bü gün Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı Əli Hüseynov kimi, hünər göstərərək igidliklə həlak olmuş həmyerlilərimizlə Elvin Məmmədzadə, Nürəddin Hümbətov, Həsən Məmmədli və s. kimi oğullarımızla fəxr edirik.

Keçidlər