Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi təhsilə cəlb olunan uşaqlar üçün nəzərdə tutulan müavinətlər artırılıb.

30 yanvar 2021 | 16:00

“Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 200 nömrəli Qərarında dəyişiklik edilib.
   Bu barədə Baş nazir cənab Əli Əsədov qərar imzalayıb.
   Belə ki, xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin aylıq məbləği 50 manat təyin edilib.
   Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 manat (əvvəl 22 manat) manat həcmində müavinət müəyyən olunub.

Keçidlər