Samux rayon İcra Hakimiyyəti başçısının Ağasıbəyli, Alıuşağı, Yenikənd, Salahlı, Poylu və Burunqovaq kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin hesabatı videoformatda dinlənilmişdir.
29 yanvar 2021-ci il tarixdə Ağasıbəyli, Alıuşağı, Yenikənd, Salahlı, Poylu və Burunqovaq kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda onlayn hesabat yığıncaqları keçirilmişdir.
Videoformat yığıncaqlarında nümayəndəliklərin ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə edilmişdir. Hesabat dövrü ərzində xeyli işlər görülmüşdür. Samux rayonunda aparılan abadlıq və quruculuq işləri qəsəbə və kəndlərin simasını əhəmiyyətli dərəcədə dəyişmişdir.
Videoformat yığıncaqlarında çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bölgələrə göstərilən diqqət və qayğısından, rayonda gedən sosial-iqtisadi inkişafdan danışmış, 2021-ci ildə görüləcək işlərlə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini vermişdir.