Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti başçısının Samux şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabatı video formatda dinlənilmişdir.

26 yanvar 2021 | 16:00

26 yanvar 2021-ci il tarixdə Samux şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş video formatda hesabat yığıncağı keçirilmişdir.
Video format yığıncağında Samux şəhər inzibati ərazi dairəsi üzrə  nümayəndəliyinin ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə edilmişdir. Samux şəhərində hesabat dövrü ərzində xeyli işlər görülmüşdür. Samux rayonunda aparılan abadlıq və quruculuq işləri şəhərin simasını əhəmiyyətli dərəcədə  dəyişmişdir.
Video format yığıncağında çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  bölgələrə göstərilən diqqət və qayğısından, rayonda gedən sosial-iqtisadi inkişafdan danışmış, 2021-ci ildə görüləcək işlərlə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər