Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsindən qayıdan qazilər diqqət mərkəzindədir

26 yanvar 2021 | 01:00

2020-ci il sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad edilmiş və düşmən üzərində tarixi Qələbə əldə olunmuşdur. Silahlı Qüvvələrimizin şəxsi heyətinin tərkibində samuxlu hərbi qulluqçular da Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fəal iştirak etmiş və hərbi qulluq vəzifələrini şərəflə yerinə yetirmişlər.
Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinə uyğun olaraq Samux rayonunda da şəhid ailələri və müharibə iştirakçıları ilə davamlı iş aparılır, mütamadi olaraq onlarla görüşlər keçirilir, onları narahat edən problemlər öyrənilir və həlli istiqamətində tədbirlər görülür. Bu işlərin davamı kimi Samux rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev Vətən müharibəsi qəhrəmanı, Samux rayonunun Lək kənd sakini Hüseynov Əli Rəşid oğlu ilə görüşmüşdür. Görüş zamanı Alı Qocayev qəhrəmanımızı ad günü münasibəti ilə təbrik etmiş və ona vətənimizin işğal altındakı torpaqlarının azad olunmasi istiqamətində göstərdiyi şücaətlərə görə öz minnətdarlığını bildirmişdir.
Vətən müharibəsi qəhrəmanı Əli Hüseynov göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirdi. Atası, Hüseynov Rəşid Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısına görə Azəraycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını ifadə etdi.

Keçidlər