Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda əhalinin COV-19 infeksiyasına qarşı vaksinasiyasına başlanılıb

21 yanvar 2021 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Samux rayonunda əhalinin vaksinləşmə prosesinə başlanılıb. Bunun üçün “Samux Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin konsultativ poliklinikası TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb, xüsusi peyvənd otaqları ayrılıb. İlk olaraq Samux RMX publik hüquqi şəxsin direktoru İlham Həsənov peyvənd olunub. O, qeyd edib ki, bu mühüm tədbirdə iştirak etmək könüllüdür, lakin təhlükəli virusa qalib gəlməyimiz və doğmalarımızın da yoluxmamaları üçün  hər birimizin COVID-19 infeksiyasına qarşı peyvənd olunması çox vacibdir. Peyvənd olunanlara ikinci doza 21 gündən sonra vurulacaqdır. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.

Keçidlər