Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Samux şəhərində səyyari görüşü keçirilmişdir.
07.01.2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevin səyyari görüşü rayonun Samux şəhərində keçrildi.
Səyyari görüşdə İcra Hakimiyyəti başçısının müavinləri,icra aparatının şöbə müdirləri,hüquq-mühafizə orqanlarının,idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Şəhərdə görülmüş işlər və sakinləri narahat edən məsələ və problemlər haqqında məlumatı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Qəhrəmanov Famil verdi. Sonra şəhər sakinləri tərəfindən çıxışlar və təkliflər oldu. Belə ki, sakinləri narahat edən bəzi problemlər barədə bir neçə nəfərin çıxışları və təklifləri dinlənildi.
1. Orucov Rövşən Möhübbət oğlu evinə elektrik və qaz sayğacının quraşdırılmasını xahiş etdi. Samux rayon PEŞ – nin rəis əvəzi Razim Qasımova və Qaz İstismar İdarəsinin rəisi Xəqani Əliyevə 1 həftə müddətində xahişin yerinə yetirilməsi tapşırıldı
2. İbrahimova Gülarə Firuddin qızı yararsiz elektrik dirəklərinin dəyişdirilməsi təklifi ilə çıxış etdi. Samux rayon Elektrik Şəbəkəsinin rəis əvəzi Razim Qasımova təklifin yerinə yetirilməsi tapşırıldı.
3. Hüseynova Tükəzban Ələddin qızı isə içməli su xəttinin təmir olunmasını təklif etdi. Su Kanal İdarəsinin rəisi Süleyman Cəfərova təklifin tezliklə yerinə yetirilməsi tapşırıldı.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.