Samux rayonunda “20 Yanvar faciəsinin otuz birinci ildönümü” ehtiramla yad edilib
20 yanvar 2021 | 16:00
Samux rayonunda Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan “20 Yanvar faciəsinin 31-ci ildönümü”nə həsr olunmuş anım tədbiri keçirilib.
Anım tədbirində rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları “Şəhidlərin Xatirə kompleksi”ni ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə gül dəstələri düzmüşlər. Şəhidlərin ruhlarına dualar oxunmuşdur.
Ümumxalq hüzn günü ilə əlaqədar şəhər ərazisində dövlət bayraqları endirilib, saat 12:00-da bütün yaşayış məntəqələrində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.