Əhalinin vaksinasiyası ilə əlaqədar Samux RİH başçısı yanında Operativ Qərargahın iclası keçirilib
18 yanvar 2021 | 16:00
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan əhalinin vaksinləşmə prosesi başlayacaqdır. Bununla əlaqədar Samux RİH başçısı Alı Qocayevin sədrliyi ilə operativ qərargahın iclası keçirilib. Rayonda vaksinasiya prosesisinin yüksək səviyyədə keçirilməsi üçün zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib.
İclasdan sonra Operativ Qərargahın üzvləri Samux Mərkəzi Rayon xəstəxanasında vaksinasiya üçün yaradılmış şəraitlə tanış olunmuşdurlar.