Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Velosiped üzrə Azərbaycan çempionatı keçirilmişdir

01 iyul 2014 | 15:00

26-29- İyun  2014-cü il tarixlərində Samux rayon  ərazisində  Gənclər və İdman Nazirliyinin , Azərbaycan Velosiped Federasiyasının  təqvim planına əsasən velosiped idman növüdə   şöse  üzrə Azərbaycan  çempionatı keçirilmişdir. Iki gün davam edən yarışda yeniyetmələr  və gənclər  arasında   qaliblər  müəyyən edilmişdir. Qaliblərin mükafatlandırılması  Samux şəhər  Heydər Əliyev adına Mərkəzi istirahət  parkında  baş tutmuşdur.  Qaliblər  medal və pul  mükafatı ilə  mükafatlandırılmışdır. Mükafatlandırmada Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyasının, Rayon İcra Hakimiyyətinin Gənclər və İdman idarəsinin   əməkdaşları iştirak etmişlər. Sonda qaliblər  xatirə şəkli çəkdirmişlər

Keçidlər