Şriftin ölçüsü :

Saytın rəngi :

Post müharibə dövrünə aid vəzifələr

11 yanvar 2021 | 16:00

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirədə çıxış edib. Cənab Prezident çıxışında Post-müharibə dövrünün əsas məsələləri müharibənin acı nəticələrini aradan qaldırmaq və eyni zamanda şəhid və yaralı əsgər ailələrinin sosial təminatını həll etmək olduğunu bildirmişdir.
       Təbii ki, işğal olunmuş ərazilərin bərpası zamanla həllini tapacaq – ilkin mərhələdə dağıdılmış infrastrukturun bərpası, dövlət qrumlarının ərazidə oturuşması vacibdir. Artıq prosesə start verilib – Füzuli-Şuşa yolu tikilir, dəmir yol xəttləri bərpa edilir və s.
       Eyni zamanda maliyyə naziri Samir Şərifov işğaldan azad edilmiş ərazilərdə dövlət təsisatlarının formalaşması xərclərinin dövlət büdcəsi hesabına qarşılanacağını bildirib. Yerli və xarici invstorların cəlb etməklə regionu yaxın illərdə yaşayışa tam yararlı vəziyyətə gətirmək və məcburi köçkünlərin ora qayıdışını təmin etmək olar.
Əsas məsələlərdən biri də şəhid və yaralı əsgər ailələrinin sosial təminatını həll etməkdir. Birinci Qarabağ savaşında şəhid və əlillərin uçotunu aparmaq bir az mürəkkəb proses idi. Çünki onda nizami ordu yox idi və ölkənin ərazi bütövlüyünü əsasən könüllü batalyonlar qoruyurdu. Ona görə, dəqiq uçot aparmaq mümkün deyildi. Hətta bu qeyri-müəyyənlikdən istifadə edib saxta yolla əlillik, müharibə veteranı adı alanlar da olmuşdu. Bu gün də o məsələ tam həllini tapmayıb.
       İkinci Qarabağ müharibəsini isə könüllü batalyonlar yox, nizami ordu hissələri aparıb. Yəni hansı rayondan həqiqi hərbi xidmətə çağrılanların da, səfərbərlik nəticəsində ön cəbhəyə yollananların da dəqiq statistikası var. Bu baxımdan İkinci Qarabağ müharibəsində şəhidlərin, eləcə də yaralıların ucotunu aparmaq sadə bir işdir.
              Təbii ki, Azərbaycan iqtisadiyyatı çox çətin bir dövrə qədəm qoyur – həm ölkənin 16 faiz ərazisinin yaşayış üçün yararlı hala gətirilməsi, həm şəhid və əlil ailələrinin sosial təminatının həll olunması, həm ermənilərin hətta işğal altında olmayan Bərdə, Gəncə, Tərtərdə dağıtdığı yaşayış məntəqələrinin bərpası

İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi
Məsimzadə Səmra

Keçidlər