Azərbaycanda 2020-ci ilin iqtisadi yekunları
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirədə çıxış edib. Dövlətimizin başçısı bildirib ki, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır.Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi.Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.Azərbaycan yeni ilə digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb.
Şaxələndirmə sayəsində qeyri-neft sənayesi 11 faizdən çox artıb.
Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq.
Neft Fondunun vəsaiti azalmayıb, təqribən 0,5 faiz artıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib.
Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır.
Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb.
TAP-ın istismara verilməsi, Azərbaycan qazının tarixdə ilk dəfə olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətdir.
Cənub Qaz Dəhlizinin təşəbbüskarı da Azərbaycan olub, əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürüb.
Keçən il sosial sahə ilə bağlı çox böyük işlər görülüb. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib.
Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq.
Azərbaycanda aparılan islahatlar, biznes iqlimi, investisiya iqlimi Dünya Bankı tərəfindən qeyd edilir.
Azərbaycanı tənqid edən xaricdəki və daxildəki dırnaqarası, qondarma iqtisadçılar bu nəticəni öyrənməli, yanlış tənqidlərə son qoymalıdırlar.
Dünya Bankının “Doing Business” hesabatı ölkələrin, o cümlədən Azərbaycanın reytinqlərinə yenidən baxaraq reytinqimizi artırıb.
Yeni reytinqə görə Azərbaycan:
- Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında 28-ci yerdədir;
- 10 ən islahatçı ölkə sırasındadır;
- Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında ikinci yerdədir;
- Hökumətin dəyişməyə cavabdehliyi, islahatçı obrazı əmsalına görə beşinci yerdədir;
- Hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir;
- Hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir;
- İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yer;
- Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer;
- Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yer;
- İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Dünyan Bankının dünyanın ən nüfuzlu iqtisadı qurumu olması və hesabatın mötəbərliyi xüsusi vurğulanmalıdır.
Azərbaycan işğala, 1 milyon qaçqının olmasına baxmayaraq, bu nailiyyətləri əldə edib, gələcəkdə daha böyük nailiyyətlər əldə ediləcəyi şəksizdir.