Ümumdünya Narkotiklərlə Mübarizə günü ilə bağlı “Narkomanlıq və narkotik vasitələrlə mübarizə “mövzusunda konfrans
Samux rayon Heydər Əliyev Mərkəzində 25 iyun 2014 cü il tarixində Ümumdünya Narkotiklərlə Mübarizə günü ilə bağlı “Narkomanlıq və narkotik vasitələrlə mübarizə “mövzusunda konfrans keçirilib.
Toplantıda İcra Hakimiyyəti başçısı Aparatının,rayon gəncləri,prokurorluğun və polis şöbəsin əməkdaşları, narkotiklərlə mübarizə bölməsinin rəisi, həmçinin ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev hazırda dövlət tərəfindən narkomaniyaya qarşı aparılan mübarizədən danışıb. Narkomaniyanın artması ilə bağlı əldə olan statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə, hətta kənlərdə belə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.Çıxış edən digər natiqlərdə belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.
Tədbirin sonunda əhalinin məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə mütəmadi olaraq görüşlərin keçirilməsi təklif olundu. Həmçinin, rayonda fəaliyyət göstərən Qeyri-Hökümət Təşkilatlarınınn, təhsil müəssisələrinin və fəal gənclərinin köməyi ilə “ağ ölüm”ün mahiyyətindən bəhs edən bukletlər və video çarxların hazırlanması qərara alındı.