Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni vandalizmi bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

07 yanvar 2021 | 16:00

Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Uzunillərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkmir. Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparan Ermənistan indi həmin şəxsləri köçürməyə məcbur edilir.
     İşğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv edən Ermənistan indi də qoşunlarını çıxartdığı ərazilərdə ekoloji cinayətlər törədir.
     Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan topraqlarında xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilıb, hətta qəbir daşlarını belə yerindən çıxarılıb. Bu vandalizm aktları azad olunan ərazilərin video və fotogörüntülərində aydın əksini tapıb.
      Erməni faşistlərinin, bu ölkənin keçmiş və indiki hərbi-siyasi rəhbərliyinin təlqin etdiyi nifrət, revanşizm ideologiyası birgə evimiz olan Cənubi Qafqazda vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Ermənistan nəhayət ki, Azərbaycana qarşı nifrət ritorikasından birdəflik imtina etməli, çoxmillətli regionumuzun sabit inkişafı, sülh şəraitində birgəyaşayışın təmin edilməsi haqqında düşünməlidir. Onların belə əməlləri nəticəsində Azərbaycana Rusiya sülhməramlıları yeridildi. Həmin qoşun daha çox ermənilərin cinayət əməlləri törətməsinə mane olacaq. Bütün hallarda Ermənistanın işğalçılığı region və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır.


İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi
Məsimzadə Səmra

Keçidlər