Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Alabaşlı qəsəbəsində səyyar-görüşü keçirilmişdir.

19 iyun 2014 | 15:00

18.06.2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevin səyyar-görüşü rayonun Alabaşlı qəsəbəsində keçrildi.
Səyyar-görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov,  İcra Hakimiyyəti başçısının müavinləri,icra aparatının şöbə müdirləri,hüquq-mühafizə orqanlarının,idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Qəsəbədə görülmüş işlər və sakinləri narahat edən məsələlər və problemlər haqqında məlumatı,qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qütbəddin Ələkbərov verdi. Sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu. Beləki,sakinləri narahat edən bəzi problemlər barədə bir neçə nəfərin çıxışları və təklifləri dinlənildi.
1.Məmmədov Müxəngi Hidayət qızı çıxışında 2 saylı uşaq bağça binasının yenidən tikilib uşaqların öhdəliyinə verilməsini təklif etdi.Təklifin yerinə yetirilməsi haqqında məktubun hazırlanması, İcra Hakimiyyəti aparatının İctimai və humanitar şöbəsinin müdiri Kəmalə Xəlilovaya tapşırıldı.
2.Abdullayev Mahir Həmid oğlu qəsəbədə yararsız elektrik dirəklərinin dəyişdirilməsini xahiş etdi.Təklifin yerinə yetirilməsi barədə Rayon Elektrik Şəbəkəsinin rəisi Razim Qasımova tapşırıq verildi.
3.Abdullayev Tahir Məmməd oğlu qəsəbəyə marşurut avtobusunun verilməsini təklif etdi. Samux Avtonəqliyyat ASC-nin direktoruna təklifin yrinə yetirilməsi tapşırıldı.
4.İsgəndərov İlqar İsgəndər oğlu isə qəsəbədə 1 ədəd subartizan quyusunun vurulmasını təklif etdi.Təklifin yerinə yetirilməsi Su-Kanal idarəsinin rəisi Süleyman Cəfərova tapşırıldı.


Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər