Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Vətən müharibəsinin qaziləri evlərində ziyarət olunub

25 dekabr 2020 | 16:00

YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri Vətən müharibəsində yaralanmış hərbçilərimizi və veteranımızı yaşadıqları evlərində ziyarət ediblər, onların sağlamlığı və qayğıları ilə maraqlanıblar.
Gənclər Birliyinin üzvləri ilk öncə düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə qazilərimizi , veteranımızı və ailə üzvlərini təbrik edərək bildirblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı xalqımızın Böyük Qələbəsi ilə başa çatdı. Dövlətimizin başçısı noyabrın 10-da Azərbaycan xalqına müraciətində elan etdiyi Böyük Qələbə xəbəri ilə həmin gün tariximizin şanlı səhifəsinə çevrildi.
Dövlətimizin hər zaman şəhid ailələrinə və vətən uğrunda xidmətləri olan vətəndaşlarına göstərdiyi yüksək qayğıya görə minnətdarlığını bildirən hərbçilərimiz Böyük Qələbənin xalqımızın birliyinin və həmrəyliyinin nəticəsi olduğunu ifadə ediblər.
Görüşün sonunda YAP Samux rayon təşkilatı tərəfindən qazi ailələrinə sovqat təqdim edildi.

Keçidlər