YAP Samux Rayon Təşkilatında “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfrans keçirildi
Bu gün YAP Samux Rayon Təşkilatında “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfrans keçirildi. Videokonfrans Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan, dahi şəxsiyyət İlham Əliyevin doğum gününə həsr olunmuşdu.
Videokonfransı giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq konfrans iştirakçılarını salamladı. O, ilk öncə Ali Baş Komandana doğum günü münasibətilə təbriklərini çatdırdı. G.Bayramov bildirdi ki, Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunmasında, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında cənab Prezidentimizin böyük rolu vardır. Azərbaycan cənab Prezidentimizin rəhbərlik etdiyi 17 il ərzində Cənubi Qafqazın ən aparıcı dövlətlərindən birinə çevrilmişdir. O, bildirdi ki, cənab Prezident xarici aparıcı telekanallara, müxtəlif saytlara Dağlıq Qarabağ həqiqətləri haqqında lazımlı informasiyaları çatdırmaqla Azərbaycanın dünyada formalaşan imicini dəyişmişdir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycana qazandırdığı tarixi Qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı.
Sonra YAP Samux rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova çıxış edərək ilk öncə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyi dövründə qazandığı uğurlardan danışdı. O, Ümummilli Liderin özü qədər inandığı şəxsiyyəti Azərbaycan xalqına təqdim etməsini onun ən böyük xidmətlərindən biri olduğunu qeyd etdi. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi 17 il ərzində Azərbaycan çox mühüm uğurlara imza atmışdır. Onun əsas nailiyyətlərindən biri günümüzdə Azərbaycan xalqına yaşatdığı Böyük Qələbə Zəfəridir.
Daha sonra tədbirdə çıxış edən YAP Samux rayon təşkiları Gənclər Birliyinin sədri Rəşid Şabanov cənab Prezidentimizin informasiya və diplomatiya cəbhəsində də böyük qələbə qazandığını qeyd edərək, bu müddət ərzində cənab Prezidentin informasiya məkanında – çoxsaylı xarici ölkə müxbirlərinə verdiyi təmkinli, səbrli müsahibələrdən danışaraq Azərbaycanın haqq səsini dünyaya çatdırılmasında mühüm rol oynadığını bildirdi.
Videokonfransda Rayon təşkilatının Şura üzvlərindən Gülsəba Abbasova, Şəmistan Yusifov və Namiq Cəfərov da çıxış edərək da qeyd etdilər ki, Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusunun rəhbərliyi ilə qazanılan Qələbə on illər, yüz illər keçsə də, unudulmayacaq, gələcək nəsillər bu Qələbəni öyrənəcək və qürur duyacaqlar.