Milli Qurtuluş günü
Milli qurtuluş günü ilə bağlı 2014 cü il 12 iyun tarixində Samux rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.İki hissədən ibarət olan tədbirin rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən rəsmi hissəsini giriş sözü ilə açıq elan edən Samux rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alı Qocayev bu mötəbər gün haqqında məlumat verərək hər kəsi təbrik etmişdir.
Həmçinin tədbirdə iştirak edən digər natiqlər də Ulu Öndərin keçdiyi həyat yolundan ,onun xalqımıza verdiyi töhfələrdən danışdılar.
Tədbirin Rayon İcra hakimiyyətinin 300 nəfərlik akt zalında keçirilən bədii hissəsində Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, hüquq mühafizə orqanları rəhbərlərinin, rayon idarə və müəssisə rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Samux Rayon mədəniyyət işçilərinin və musiqi məktəblərinin, həmçinin ətraf rayonların mədəniyyət və incəsənət nümayəndələrinin ifası ilə möhtəşəm konsert proqramı keçirilimişdir.İncəsənət ustaların gözəl ifaları tədbirə qatılan hər kəsdə xoş ovqat yaradaraq bu mötəbər bayramın sevincini daha da artırdı.Sonda Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tədbir iştirakçılarını və rayon ictimaiyyətini bir daha təbrik edərək hər kəsə öz xoş arzularını çatdırdı.