Samux Rayon Heydər Əliyev Mərkəzində daha bir nigah qeydə alındı.
07.06.2014-cü il tarixdə Samux Rayon Heydər Əliyev Mərkəzində yeni evlənən iki gəncin təşəbbüsü ilə nigah mərasimi keçirildi. Mərasimdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyan gənclər,daha sonra mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış oldular.Cütlüyün nigah mərasimini rəsmiləşdirmək üçün Samux Rayon Qeydiyyat şöbəsinin əməkdaşı iştirak edirdi.
Heydər Əliyev Mərkəzinin “Nigahın Qeydiyyat” kitabında bəy və gəlin qeydiyyata alınmış və daha sonra gənclərin nigahı rəsmiləşdirilərək şəhadətnamə təqdim olunmuşdur. Şirinlik əlaməti olaraq gənclər üçün hazırlanmış tort kəsilərək bəy və gəlinin iştirakı ilə qonaqlara ikram edilmişdir. Yeni ailə həyatına qədəm qoymuş gənclər nəslin inkişafına göstərilən diqqət və qayğıya görə prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Mərasimin sonunda cütlüklər vağzalı sədası altında qonaqların alqışlarıyla ziyafət evinə yola salınmışlar.