Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Salahlı kəndində səyyar- görüşü keçirilmişdir

11 iyun 2014 | 15:00

10.06.214-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevin növbəti səyyar-görüşü rayonun Salahlı kəndində keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri,icra aparatının şöbə müdirləri,hüquq-mühafizə orqanlarının,idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.Salahlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Əmiraslan Məmmədov öz çıxışında kənddə görülmüş işlər,əhalini narahat edən məsələlər və problemlər haqqında iclas iştirakçılarına geniş məlumat verdi.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
1.Eyyubov Süleyman Məşdi oğlu kənd tibb məntəqəsinə vaksinin verilməsini xahiş etdi və bu barədə Samux Rayon Mərkəzi Xəstəxananın baş həkimi İlham Həsənova təklifin yerinə yetirilməsi tapşırıldı.
2.Məmmədov Bəxtiyar Məşrəf oğlu çıxış edərək kənddə əlavə iki ədəd su bulağının çəkilməsi təklıifini irəli sürdü. Samux Rayon Salahlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Əmiraslan Məmmədov və bələdiyyə sədri Mətləb Aydınova təklifin yerinə yetirilməsi tapşırıldı.
3.Yusifov Çingiz Kərim oğlu kəndə gələn su dəhnəsinə qapıların qoyulmasını xahiş etdi və bununla bağlı Samux Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırova təklifin yerinə yetirilməsi tapşırıldı.

Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər