Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Əlibayramlı kəndində səyyar-görüşü keçirilmişdir

04 iyun 2014 | 15:00

3 iyun 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Əlibayramlı kənd sakinləri ilə səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyətinin müavinləri,aparatın şöbə müdirləri, hüquq- mühafizə orqanlarının,idarə müəssə və təşkilatların rəhbərləri də iştirak edirdilər.
Kənd barədə iclas iştirakçılarına Əlibayramlı kənd İnzibati Ərazi dairəsi üzrə icra nümayəndəsi Rafiq Bayramov geniş məlumat verdi.Kənddə əhalini narahat edən məsələlər və problemlər barədə söhbət açdı və görüş zamanı dörd məsələ müzakirə edildi
1.Kənd sakini Abbasova Tahirə Qəmbər qızı kənddə uşaq bağçasının açılmasını təklif etdi.
2.Mustafayev Nuru Əziz oğlu yararsız elektrik naqillərinin yenisi ilə əvəz edilməsini xahiş etdi
3.Abbasov Şahbuz Oruc oğlu kənd sakinlərinin mal-qarası üçün ayrılmış örüş sahələrinin ölçülüb yenidən təyin edilməsini müraciət etdi.
4.Nuriyev Xeyvər Cumalı oğlu pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezan quyusunun vurulmasını xahiş etdi.

Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər