Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Son zəng” tədbirləri

01 iyun 2012 | 15:00

31 may 2012-ci il tarixində respublikamızın hər yerində olduğu kimi, Samux rayonunun da bütün ümumtəhsil məktəblərində “son zəng” tədbirləri keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin tapşırığı ilə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, idarə, müəssisə və təşkilatların, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri bu tədbirlərdə iştirak etmişdir. Rayon hüquq mühafizə orqanları tərəfindən “Son zəng” tədbirlərində ictimai asayişin qorunması üçün lazımi tədbirlər görülmüşdür.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Samux şəhər 1 saylı məktəb – liseydə keçirilən “Son zəng” də iştirak etmişdir. Tədbiri məktəbin direktor Rəna Həsənova açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanımın ölkə təhsilin inkişafına göstərdiyi qayğıdan danışdı və bu qayğıya görə məktəb kollektivi adından onlara dərin təşəkkürlərini bildirdi. Sonra təbrik üçün söz rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayevə verildi.
Cənab başçı ilk əvvəl məzunları, onların valideynlərini və müəllimlərini bu unudulmaz gün münasibəti ilə təbrik etdi və məzunlara yenicə qədəm qoyduqları müstəqil həyatda büdrəməmələrini, inamla irəli addımlamağı və doğma vətənimizə layiqli övlad olmağı arzuladı. Alı müəllim tam əminliklə bildirdi ki, müstəqil həyata qədəm qoyan gəclərimiz möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün yaratdığı geniş imkanlardan yüksək səviyyədə bəhrələnəcək və ölkəmizin gələcək inkişafı üçün əllərindən gələni əsirgəməyəcəkdir.
Çıxış edən məzunlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və müəllimlərinə minnətdarlıqlarını bildirdilər və onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını, doğma məktəblərinin şərəfini daim uca tutacaqlarını söylədilər.
Xatırladaq ki, 2011-2012-cu tədris ili üzrə Samux rayonunun ümumtəhsil ocaqlarının IX sinfində 838, XI sinfində isə 638 şagird təhsil almışdır.

Keçidlər