Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Hacıalılı kəndində səyyari görüşü keçirilmişdir.
27 may 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Hacıalılı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Hacıalılı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Sabit Verdiyev kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi,qaz və su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar oldu.
1. Səlmanov Zülfüqar Ərşad oğlu pay torpaqlarının suvarılmasında istifadə olunan subartezianın bərpasına köməklik göstərilməsini xahiş etdi.
2. Əliyev Suliddin Ağabala oğlu yararsız elektrik naqillərinin cari təmiri edilməsini xahiş etdi.
3. Musayev Əbülfət Mayıl oğlu kəndin mərkəzi yolunun təmir edilməsi təklifi ilə çıxış etdi.
4. Musayev Musa Əhməd oğlu çıxışında yeni yaşayış massivinə təbii qaz xəttinin çəkilməsi təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.