Samux rayonunda Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşavirə keçirildi
Samux şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Samux rayonu ictimaiyyətinin nümayədnələri ilə görüşü keçirilmişdir.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.
Daha sonra rayon ziyalılarının, din xadimlərinin və ağsaqqalların iştirakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə Samux rayonu İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev açdı. Qeyd olundu ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində Azərbaycan ölkəmizin dini və mədəni müxtəlifliyinin bütün formalarına hörmət və təmkinlə yanaşan dünyada tolerant bir ölkə kimi tanınmışdır. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə ciddi uğurlar əldə edilmişdir.
Dövlət müşaviri cənab Kamal Abdullayev millətlərarası, multikulturalizm və dini məsələlər sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji hədəfləri açıqlayaraq Azərbaycanda dilindən və dinindən asılı olmayaraq hər bir vətəndaşının hüquq və azadlıqlarının qorunduğunu qeyd etdi.
Müzakirələrdə fəal iştirak edən rayon ziyalıları və din xadimləri əldə olunmuş uğurlarla yanaşı öz təklif və istəklərini də bildirdilər.
Tədbirdən sonra cənab Kamal Abdullayev Samux şəhərində yeni tikilməkdə olan məscidlə tanış olmuşdur.