Samux rayonunda İctimai Şuraya seçkilərə start verildi
21 sentyabr 2020 | 16:00
Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən Samux Rayon İcra Hakimiyyəti üzrə İctimai Şuraya seçkilərlə bağlı namizədlərin irəli sürülməsinə başlanmışdır.Komissiya seçkilərin keçirilməsi ilə əlaqədar olaraq sentyabrın 21-də ilk iclasını keçirdi.İclasın əsas məqsədi noyabrın 12-də keçiriləcək İctimai Şuraya namizədlərin irəli sürülməsidir.Komissiyanın sədri Kəmalə Xəlilova seçki ilə əlaqədar olaraq namizədliyi irəli sürülən nümayəndələrin sənədlərinin Komissiyaya təqdim olunmasını və Ictimai Şuranın seçkilərdə aktiv iştirak etməsini bildirdi.