Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qovlarsarı kəndində səyyari görüşü keçirilmişdir.
20 may 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qovlarsarı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qovlarsarı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Aslanov Ramil kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar oldu.
1. Sadıqov Akif Murad oğlu çıxış edərək su arxlarının təmizlənməsinə köməklik göstərilməsini xahiş etdi.
2. Əsədov Akif Nadir oğlu sahə yollarının zibildən təmizlənməsini xahiş etdi.
3. Lələkişiyev Ələkbər Zülfü oğlu yeni yaşayış massivinə qaz və elektrik xəttinin çəkilməsi təklifi ilə çıxış etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.