Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzində “Muzeylər Gecəsi “ aksiyası keçirilmişdir.

18 may 2014 | 15:00

17.05.2014 tarixində Samux Rayon  Heydər  Əliyev  Mərkəzində  Beynəlxalq  Muzeylər Günü  münasibətilə  “Muzeylər Gecəsi”  aksiyası keçirilmişdir. Tədbirdə  I  saylı  məktəb-liseyin  müəllim və şagirdləri, rayon  ziyalıları, idarə  və  müəssisələr  və  əmək  qabaqcılları iştirak edirdilər. Həmin gün qonaqlar  Mərkəzdə  eksponatlar  ilə tanış olmuş və ”Müstəqillik yollarında” kinofilmlər göstərilmişdir. Tədbiri giriş sözü ilə Samux Rayon Mədəniyyət və Turizm  şöbəsinin  müdiri  K.Vəliyev  açmışdır. Daha  sonar  çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı  Məmmədova  İradə öz  məruzəsində  muzeylərin yaranma tarixi , onların  qorunub  saxlanması  haqqında  məlumatları  tədbir  iştirakçılarının  diqqətinə çatdırmışdır. Tədbir  yüksək  səviyyədə təşkil olunmuş  bədii  hissə ilə davam etdirilmişdir. Ulu Öndər Heydər Əliyev haqqında  şeirlər söylənmiş, mahnılar  oxunmuşdur.  Mərkəzdə fəaliyyət göstərən rəqs qrupunun ifasında rəqs təqdim edilmişdir.

Keçidlər