Samux rayonunda“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş konfrans keçirilmişdir
Konfransda Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov, İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsinin icraçısı Elşən Əsədov, İqtisadiyyat və Sənaye Nazirliyi Sənayenin təhlili və icmalı sektorunun müdiri Əbdül Musazadə, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktorunun müavini Emil Qasımov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktorunun müavini İlham Əliyev iştirak etmişdir.
Tədbiri açıq elan edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son 10 ildə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikasından və bu iqtisadi artım nəticəsindən ölkə əhalisinin sosial rifahının yaxşılaşmasından söhbət açmışdır. Giriş nitqindən sonra çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsasən regionların sosial iqtisadi inkişafında böyük rol oynayacığını xüsusən də kənd təsərrüfatının inkişafına böyük təkan verəcəyini vurğulamışdır.Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirliyinin əməkdaşlarının çıxışlarında dövlət proqramının ayrı-ayrı sahələri üzrə konfrans iştirakçılarına geniş məlumat verilmişdir.Tədbirin sonunda yekun nitqlə çıxış edən , Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov belə konfransların bölgələrdə keçiriliməsinin mühüm olduğunu vurğulamışdır.