Samux rayonunda bələdiyyələrlə seminar keçirildi.
16 may 2014 | 15:00
Samux rayonunda 15.05.2014-cü il tarixində Gəncə Regional Ədliyyə şöbəsi tərəfindən “Bələdiyyələrlə anti-korrupsiya tədbirlərinin gücləndirilməsi”, “Bələdiyyə torpaqlarının idarə edilməsi” və “ Bələdiyyə fəaliyyətində demokratik idarəçilik metodlarından istifadə edilməsi” mövzularında seminar keçirildi.
Samux şəhər bələdiyyəsinin binasında keçirilən tədbirdə 25 nəfər bələdiyyə sədri iştirak edirdi.
Gəncə Regional Ədliyyə şöbəsinin Məsləhətçisi Ağayev Rüfət Nizami oğlu mövzu ətrafinda çıxış etdikdən sonra bələdiyyələrlə qarşılıqlı diskusiyalar aparılmışdır.