Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Yenikənd kəndində səyyari görüşü keçirilmişdir.
13 may 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yenikənd kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Yenikənd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar oldu.
1. Hüseynov Zülfüqar Məhərrəm oğlu çıxış edərək Qarasaqqal su kanalının təmizlənməsinə köməklik göstərilməsini xahiş etdi.
2. Musayev Biləndər Cahangir oğlu mal - qara üçün örüş sahəsinin ayrılmasını xahiş etdi.
3. Qasımov Sultan Abuzər oğlu kənddəki yararsız elektrik dirəklərinin dəyişdirilməsi təklifi ilə çıxış etdi.
4. Mehtiyev Mehdipaşa Həsən oğlu ona Həyətyanı torpaq sahəsinin verilməsi xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.