Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda süni mayalanma ilə 878 baş buzov doğulub

25 avqust 2020 | 16:00

Bu ilin birinci yarım ilində Samux rayonunda 860 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, heyvanların süni mayalandırılmasından 878 baş bala alınıb.
Ümumiyyətlə, 2014-cü ildən bəri rayonda süni mayalanma yolu ilə 8530 baş cins buzov doğulub. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.
Bu ilin iyul ayına olan məlumata əsasən, rayonda iribuynuzlu mal-qaranın sayı 23289 başa, qoyun və keçilərin sayı isə 137627 başa çatıb.
Rayonda mal-qaranın cinsləşdirilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci yarımilində rayonda ət istehsalı (diri çəkidə) 8 ton artaraq 2739 ton, süd istehsalı 1 ton artaraq 14796 ton, yumurta istehsalı isə 50 min ədəd artaraq 4985 min ədəd olub.
Samux, 24 avqust, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər