Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda daha bir nikah Heydər Əliyev Mərkəzində qeyd edildi

11 may 2014 | 15:00

10 may 2014-cü il tarixdə Samuxda yeni evlənən gənclərin təşəbbüsümü ilə nikahları Heydər Əliyev Mərkəzində qeydiyyata alınıb. Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyan cütlüklər daha sonra mərkəzdə ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olublar.Samux Rayon Heydər Əliyev Mərkəzinin Nikahın qeydiyyatı kitabında bəy və gəlin qeydiyyata düşmüşlər.Sonra Samux Rayon Qeydiyyat şöbəsinin əməkdaşı iki gəncin  nikahını rəsmiləşdirərək, şəhadətnaməni onlara təqdim edib.Gənclər şirinlik əlaməti olaraq hazırlanmış tortu kəsiblər. Bəy və gəlin yeni nəslin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər. Yeni evlənən gənclər vağzalı sədaları altında ,alqışlarla Heydər Əliyev Mərkəzindən toy məclisinə yola salınıblar.

Keçidlər