Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda üzüm yığımına başlanıldı.

19 avqust 2020 | 16:00

İqtisadiyyatın qeyri-neft sektorunda  böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan tələbatını öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proseslər davam edir.
  Azərbaycan  iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahəsindən sonra ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir.
 Kənd təsərrüfatının əsasını təşkil edən sahələrdən biri də üzümçülükdür.  Samux rayonunda 2020-ci ildə 1023.8 hektar sahədə üzüm bağı becərilmişdir. Artıq rayonda üzüm yığımına başlanılmışdır. Hal-hazırda rayon üzrə 280.4 ton üzüm yığılmışdır. Məhsul yığımı davam edir və bu il bol məhsul olacağı pronozlaşdırılır. Məhsul yığımı ilə əlaqədar olaraq rayon üzrə mövsümü iş yerləri artmışdır.

Keçidlər