Şriftin ölçüsü :

Saytın rəngi :

"Gender bərabərliyi" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin videokonfransda iştirakı təşkil edildi.

18 avqust 2020 | 16:00

Bu gün 18.08.2020-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsüylə Ombudsman Gəncə Regional Mərkəzi ilə birgə "Gender bərabərliyi" mövzusunda regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Quba, Xaçmaz, Balakən, Zaqatala,Qəbələ, Oğuz, Neftçala,Şabran,Şirvan, Xızı, Astara, Lənkəran, Astara, Yardımlı, Lerik, Kürdəmir, Zərdab, Sabirabad,Qazax, Şəmkir,Tovuz,Şəki,Masallı, Salyan,Qaradağ) birgə iştirakıyla videokonfrans təşkil edildi. Tadbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova xalqımızın qadına duyduğu böyük hörmətdən, hələ qədim zamanlarda,orta əsrlərdə Avropada, ərəb ölkələrində, XVlll-XlX əsrlərdə Amerikada qadın qul kimi satıldığı halda Azərbaycan qadını Tomris,Sara Xatun, Tutubikə və s. olmusdur. Ulu öndərin hakimiyyətə olduğu dönəmlərdə ayrıca diqqət edilən bu məsələ bu gündə müstəqil Azərbaycanin ən prioritet məsələlərindən biri yüksək vəzifələrdə qadınların yer almasına xüsusi diqqət və qayğı göstərildiyini vurğuladı.Ombudsman Gəncə Regional Mərkəzinin direktoru Səbuhi Abbasov öz çıxışında insan hüquqları və haqlarının hüquqi cəhətdən olduqca geniş və maraqlı açıqlamalarını verdi. Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova ulu öndər Heydər Əliyevin zamanında ölkəmizdə gender mövzusunun araşdırılmasında onunda iştirak etməsindən bəhs etdi. Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Heydər Əliyev siyasətində qadınlara yanaşilan xüsusi diqqətdən, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova dövlətin apardığı bu günkü qadın siyasətindən, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Azərbaycan Dövlət Konstitusiyasinda qadina verilən hüquqlardan, Yardımlı Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev ucqar rayonlarda azyaşlı qızların erkən yaşda nigaha girmələrinin yol verilməzliyi, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev bu sahədə təbliğatın daha da gücləndirilməsinin vacibliyindən, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova valideynlərlə bu mövzuda məlumatlandirmanın daha dərindən aparılması, Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova məktələrdə bu cür təbliğatlarin dağa da genisləndirilməsi kimi məruzələr edildi. Digər Heydər Əliyev Mərkəzlərinin direktorlarınin çıxışları dinlənildi, həmçinin elmi işçiləri və fond mühafizlərinin gender bərabərliyi ilə yaranmış suallarını Səbuhi Abbasova yönəltdilər. Tədbir müzakirə şəklində davam etdirildi.

Keçidlər