Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda fitosanitar monitorinqlər aparılıb

14 avqust 2020 | 16:00

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində fitosanitar müşahidələri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fitosanitar müfəttişləri Samux rayonunun Sarıqamış kəndində yerləşən bostan sahəsində monitorinq keçiriblər.
Monitorinq zamanı təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə əlaqədar maarifləndirici məlumatlar verilib. Torpağın aqrokimyəvi analizi aparılmadan ammonium nitrat gübrəsinin normadan artıq verilməsinin bitkilərdə, xüsusilə qarpız və yemişdə nitrat və nitritin qalıq miqdarının yığılmasına səbəb olduğu və bunun insan orqanizmində bəzi fəsadlara səbəb ola biləcəyi diqqətə çatdırılıb.
Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı bir sıra tövsiyələr verilib. Məhsullardan götürülmüş nümunələr analiz üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Bakı, 13 avqust, AZƏRTAC

Keçidlər