Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qarayeri qəsəbəsində səyyari görüşü keçirilmişdir.

08 may 2014 | 15:00

07 may  2014-cü  il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarayeri qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Yusifov  Məftun Qarayeri qəsəbəsi  barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra qəsəbə sakinləri tərəfindən çıxışlar oldu.
1. Əliyeva  Sevil Novruz qızı Şəmkir Maşın Su Kanalına suyun  verilməsinə  köməklik göstərilməsini xahiş etdi.
2. Namazova  Aynurə  Yusif qızı Həyətyanı  torpaq sahəsinin verilməsinə köməklik  edilməsini xahiş etdi.
3. Məmmədova  Maral  Çingiz qızı öz çıxışında Qarayeri qəsəbə 2 saylı  tam orta məktəbə istilik sisteminin quraşdırılması  təklifi ilə çıxış etdi.
4. Qurbanov Rasim Əşrəf oğlu isə  yeni salınmış yaşayış massivindəki küçənin təmiri təklifi ilə çıxış etdi.
         Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər