Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Samux rayonunda 41057,9 ton taxıl istehsal edilmişdir

08 avqust 2020 | 16:00

İqtisadiyyatın qeyri-neft sektorunda  böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan tələbatını öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proseslər davam edir.
  Azərbaycan  iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahəsindən sonra ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir.
     Kənd təsərrüfatının əsasını təşkil edən sahələrdən biri də taxılçılıqdır. Belə ki, taxılçılıq əsas  ərzaq  məhsulu olmaqla yanaşı,  həm də heyvandarlıq və quşçuluq üçün yem bazasıdır. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında mühüm strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu gün bütün qabaqcıl aqrar ölkələrin əkinçilik sisteminin inkişafı yeni texnologiyaların istifadəsi yolu ilə gedir.
   Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına əsasən  tələbatı daxili istehsal hesabına tam ödəmək üçün taxılçılıqda qarşıya qoyulan tələb hektardan məhsuldarlığın yüksəldilməsidir. Bu məqsədlə taxılçılıqda elmi-texniki tərəqqidən geniş istifadə olunmalı və fermerlərin yeni texnologiyalara yiyələnməsi ön plana çəkilməlidir.
Bazar iqtisadiyyatı şəraitində dənli bitkilərin sabit və keyfiyyətli məhsulunun alınması üçün mütərəqqi aqrotexniki  üsulların işlənib kəndli və fermer təsərrüfatlarına tətbiq edilməsi günün aktual və vacib məsələlərindən biri hesab olunur.
Taxılların becərilmə texnologiyasında onlara edilən aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir
      Payızlıq taxıl  sahələrindən  yüksək məhsul götürmək üçün gübrələrdən istifadə olunmasının  əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi, bitkilərin normal böyüməsinə və inkişafına şərait yaradır, onların xəstəliyə, şaxtalara və quraqlığa  davamlılığını artırır. Bu baxımdan səpindən  qabaq şum altına fiziki çəki hesabı liə hektara 350-400 kq superfosfat gübrəsinin verilməsi olduqca vacibdir.
   Torpağın meliorasiya vəziyyətinin yaxşılaşdırılması, aqrotexniki qulluq işlərinin   vaxtında və düzgün yerinə yetirilməsi, eyni zamanda suvarmanın vaxtlı-vaxtında   aparılması becərilən bitkilərin məhsuldarlığının yüksəldilməsi üçün ən vacib tədbirlərdən   biri hesab edilir.      
    Taxılçılığın inkişafında  ən mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də kənd  təsərrüfatı əmtəə istehsalçılarına  dövlət tərəfindən  maliyyə yardımlarının göstərilməsidir. Kənd təsərrüfatı əmtəə istehsalçılarına maliyyə yardımının göstərilməsi onların yanacaq və motor  yağlarından istifadəyə görə sərf etdikləri  xərclərin kompensasiya  edilməsinə yönəlmişdir.              
      Samux rayonunun iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı və heyvandarlıq məhsullarının  istehsalı təşkil edir.
               2020 - ci ilin məhsulu üçün rayon  üzrə 2019-cu ildə  bütün  təsərrüfat  kateqoriyaları    daxil olmaqla dən və yaşıl yem üçün 11184,2 hektar sahədə  payızlıq taxıl  səpini  aparılmışdır.  Payızlıq taxıl  səpininin 10407,2 hektarı və yaxud 93,1 faizi dən  üçün,  777 hektarı və yaxud 6,9 faizi xəsil məqsədi ilə aparılmışdır. Dən üçün aparılmış taxıl  səpininin 6326,2 hektarı və yaxud   60,8 faizi  buğda, 4081 hektarı  və  yaxud 39,2 faizi dən  üçün  arpa  olmuşdur.  
       Cədvəldən göründüyü kimi, dən və yaşıl yem üçün payızlıq taxıl səpininin əvvəlki illə müqayisəsində artım müşahidə olunmuşdur. Belə ki, payızlıq taxıl səpini 1638,2 hektar və yaxud 17,2 faiz  çox  aparılmışdır.    
      2020-ci ilin məhsulu üçün aparılmış dən və yaşıl yem üçün payızlıq taxıl səpininin 230,5 hektarı və yaxud 2,1 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 4696,5 hektarı və yaxud 42,0 faizi qeyri-dövlət kənd təsərrüfatı müəssisələrinin, 6257,2 hektarı və yaxud 55,9 faizi  ailə kəndli və ev təsərrüfatlarının payına düşür.
                                                                                                                                                  
       Cədvəldən  göründüyü kimi, payızlıq taxıl səpini əvvəlki illə müqayisədə dövlət kənd təsərrüfatı  müəssisələrində 32,5 hektar və yaxud 16,4 faiz, ailə kəndli və ev  təsərrüfatlarında 676,2 hektar və yaxud 12,1 faiz, qeyri-dövlət kənd  təsərrüfatı müəssisələrində isə 929,5 hektar və yaxud  24,7  faiz çox aparılmışdır.
            2020-ci ildə bütün təsərrüfat kateqoriyaları daxil olmaqla 10212,2 hektar taxıl sahəsində biçin aparılmışdır. Bu biçiləcək sahənin 100,0 faizini təşkil edir. Müvafiq olaraq biçilən sahələrdən 41057,9 ton taxıl məhsulu əldə olunmuşdur. Taxılın məhsuldarlığı hər hektardan 40,2 sentner təşkil etmişdir. Biçilən taxıl sahəsinin 5961,2 hektarı və yaxud 58,4 faizi buğda, 4251 hektarı və yaxud 41,6 faizi arpa olmuşdur. Müvafiq olaraq əldə olunan taxılın 25752,7 tonu və yaxud 62,7 faizi  buğda, 15305,2 tonu  və yaxud 37,3 faizi arpa olmuşdur.
   Taxıl istehsalında 9014,9 ton və yaxud 28,1 faiz artım müşahidə olunmuşdur.
   İstehsal olunan taxılın 6012 sentneri və yaxud 1,5 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 190938 sentneri və yaxud 46,5 faizi qeyri-dövlət kənd təsərrüfatı müəssisələrinin,  213629 sentneri və yaxud  52,0 faizi ailə kəndli və ev təsərrüfatlarının payına düşür.
      2020-ci ilin məhsulu üçün taxıl istehsalının diaqramı aşağıdakı cədvəldə verilmişdir:

 

 

       Ölkəmizdə kənd təsərrüfatının inkişaf  etdirilməsi və müasirləşdirilməsi  istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbə-il  artır, yeni texnologiyalar alınır, subsidiyalar ayrılır, aqro-xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər  verilir.
       Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi davamlı şəkildə həyata keçirilir. Belə ki, subsidiyaların verilməsi prosesinin təkmilləşdirilməsi, kənd təsərrüfatına intensiv metodların tətbiqinin  stimullaşdırılması, sığortalanma mexanizminin yaxşılaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının təşviqi, müasir texnologiyalara əsaslanan iri təsərrüfatların yaradılması prioritetlər sırasındadır. 
       Kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət tərəfindən silsilə tədbirlər həyata keçirilir ki, bu da öz müsbət bəhrəsini verir. Fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir ki, bu da statistik rəqəmlərdə öz əksini tapır. 

            
            .

Keçidlər