Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci ilin yanvar-iyun aylarında Samux rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

07 avqust 2020 | 16:00

2020-ci ilin yanvar-iyun aylarının makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının  dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.
  2020-ci ilin məhsulu üçün rayon üzrə 11184,2 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 1638,2 hektar və ya 17,2 faiz çoxdur. 2020-ci ilin məhsulu üçün 5508,2 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən  1895,8  hektar və ya 25,7 faiz azdır.
            Yazlıq  səpinin   1285,0  hektarı və ya 23,3 faizi çoxillik otlar, 182,5 hektarı və ya 3,3 faizi kartof, 706,5 hektarı və ya 12,8 faizi tərəvəz, 1943,5 hektarı və ya 35,3 faizi günəbaxan, 225,2 hektarı və ya 4,1 faizi şəkər çuğunduru, 111 hektarı və ya 2,0 faizi yazlıq arpa, 10 hektarı və ya 0,2 faizi yazlıq  buğda, 36 hektar və yaxud 0,7 faiz paxlalılar, 30,0 hektarı v\ə yaxud 0,5 faizi çəltik, 35 hektarı və yaxud 0,63 faizi tərəvəz(toxumluq), 496 hektar və yaxud 9,0 faizi qarğıdalı, 342,5  hektarı və yaxud 6,2 faizi bostan, 21,0 hektarı və yaxud 0,4 faizi birillik otlar, 1,5 hektarı və yaxud 0,03 faiz vələmir, 2,0 hektarı və yaxud 0,04 faizi çovdar, 80,5 hektarı və yaxud 1,5 faizi pambıq olmuşdur. 
           Hesabat dövründə 10002,7 hektar taxıl sahəsində biçin aparılmışdır. Həmin sahələrdən 40510,4 ton məhsul yığılmışdır. Məhsuldarlıq hər hektardan orta hesabla 40,5 sentner  olmuşdur.
           2415,2 ton meyvə istehsal olunmuşdur ki, bu da əvvəlki  ilin müvafiq dövrü ilə müqayisədə 26,7 ton və ya 1,1% çoxdur.
         Cari ildə bundan başqa 1460,4 ton kartof, 8591,2 ton tərəvəz istehsal olunnmuşdur.
           2020-ci ilin II rübünün  sonuna  23289 baş iri buynuzlu mal-qara, 137627 baş qoyun və keçilər mövcud olmuşdur.
           Əvvəlki illə müqayisədə iri buynuzlu mal-qara 269 baş və ya 1,1 faiz, qoyun və keçilər isə 8659 baş və ya 5,9 faiz azalmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 0,3 faiz artaraq 2739 ton, süd istehsalı 0,01 faiz  artaraq 14796 ton, yumurta istehsalı 1,0 faiz artaraq 4985 min ədəd, yun istehsalı 1,6 faiz azalaraq 241 ton olmuşdur.
           Kənd təsərrüfatı məhsullarının istehsal həcmi  51514,4 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə  nisbətən 18,3 faiz çoxdur.
Hesabat dövründə fiziki şəxslər də daxil olmaqla sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 3148,4 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  12,6 faiz  azdır.
2020-ci ilin yanvar-iyun aylarında fiziki şəxslər də daxil olmaqla emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 477,9 min manatlıq mal və məhsul istehsal etmişlər ki, bu da əvvəlki ilin nisbətən 54,7 faiz azdır. Rayon üzrə istehsal olunmuş 3148,4 min manat mal və xidmətlərin 2670,5 min manatı dövlət, 477,9 min manatı qeyri-dövlət sektorunun, ondan 205,8 min manatı isə fiziki şəxslərin, 241,8 min manatı isə ev təsərrügfatlarının payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun  qalığı  olmamışdır.
Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 695,3 min manatlıq  təmir- tikinti işləri aparılmışdır. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz azdır.. Təmir-tikinti işlərinin 694,8 min manatı dövlət müəssisələri, 0,5 min manatı isə  qeyri-dövlət müəssisələri tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin   hamısı  cari təmirin  payına düşür.  
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 3425,4 min manat olmuşdur. Sənayeyə 401,4 min manat, kənd təsərrüfatına 267,7 min manat, sosial sahəyə  2074,3 min manat, tikinti işlərinə isə 682,0 min manat, investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 669,1 min manatı ietehsal təyinatlı, 2756,3 min manatı isə qeyri-istehsal təyinatlıdır. 2666,6 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 682,0 min manat olan 2143,0 kvadrat metr mənzil tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 2743,4 min manatı və ya 80,1 faizi dövlət büdcəsindən ayrılmış, 682,0 min manatı və ya 19,9 faizi isə əhalinin şəxsi vəsaiti hesabına  olmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq  Samux rayonunda 2020-ci ilin  yanvar-iyun  ayları ərzində  bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:
Gəncə-Samux, Samux-Hacıalılı, Samux-Sarıqaya avtomobil yollarında asfalt beton qarışığı ilə 17530 m2  sahədə təmir işləri görülmüşdür. Bu məqsədlə 2197.4 ton miqdarında 109,9 min manat dəyərində iş  yerinə yetirilmişdir.
Rayonun ən ucqar beş kəndini rayon mərkəzi ilə birləşdirən Samux-Yenikənd-Poylu avtomobil yolunun Yenikənd-Poylu istiqamətində asfalt salınması üçün yolda  hamarlanma işləri həyata keçirilmiş, su ötürücü borular qurulmuş, 4 ədəd körpünün tikintisi planlaşdırlmışdır. Poylu və Kəsəmən kəndlərinin giriş hissələrində yolun müəyyən hissəsində ümumi uzunluğu  15 km uzunluğunda asfalt örtüyü salınmışdır Hal-hazırda işlər davam etdirilir Hal-hazırda işlər davam etdirilir.
Rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  etmək üçün  2020-ci  ilin birinci rübü ərzində Əhmədbəyli kəndində əhaliyə xidmət edən 1 ədəd transformator yeni transformatorla  əvəz edilmiş,  6/10 kv-luq xətlərdə 52 ədəd dayaqlar düzəldilmiş, 61 ədəd yararsız izalyatorlar yenisi ilə əvəz edilmişdir. 2400 metr yararsız naqillər yeni  AS-50 markalı naqilərlə əvəz edilmişdir. İstixana kəndində elektrik şəbəkəsinin yenidən qurulması  istiqamətində 4160 metr SİP kabel xətlərinin çəkilişi  işləri həyata keçirilmiş, 119 ədəd yeni beton dayaqlar basdırılmışdır. Sərkar yaşayış məntqələrində 2860 metr  uzunluğunda elektrik xətləri SİP kabellə əvəz olunub.  Hesabat dövrü ərzində əhali qrupu üzrə istismar edilən 27 ədəd transformator əsaslı təmir olunmuşdur.
    Samux şəhərinin  içməli  suya  olan  tələbatının  ödənilməsi  üçün  müvafiq  sərəncama uyğun  olaraq 3,24  hektar  təmizləyici  qurğuya və  2,22 hektar  su  anbarının  inşa  edilməsinə  torpaq  sahəsi  ayrılmış, təmizləyici  qurğu  və su  anbarının  tikintisi  işləri həyata keçirilmişdir. Hesabat dövrü ərzində əhaliyə xidmət edən 17 ədəd  içməli su kimi istifadə olunan subartezian quyusundan 13 ədədi saz vəziyyətə gətirilərək abonentlərin istifadəsinə verilmişdir.Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə su sayğaclarının tətbiq edilməsinə başlanılmışdır. Samux şəhərində yerləşən 36 mənzilli  çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün  200 m3 su anbarından nasoslar vasitəsilə mənzillərə məişət suyu verilir.  Hesabat dövründə dövlət layihəsinə əsasən Samux şəhərində yeni su sisteminin qurulmasına  başlanılmış, 55391 metr   yeni su  xətti çəkilmişdir. Hal-hazırda işlər davam etdirilir.
      Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur. Bu sərəncamlar əsasında rayonumuzda 2020-ci il üçün  15 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, ,  artıq 7 subartezian quyusunda son tamamlama işləri görülməkdədir.

Bununla bərabər 2020-ci ilin altı ayı ərzində 193 ədəd nasos, 21 ədəd  elektrik   avadanlığı  təmir  edilmişdir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 9 fərdi evin tikintisində son tamamlama işləri həyata keçirilir. Həmin  evlər yaxın günlərdə istifadəyə veriləcəkdir.
Rayonun Seyidlər kəndi ərazisində qaçqın və məcburi köçkün ailələri üçün 200 ailəlik  şəhərciyin salınması işlərinə başlanılmış, hal-hazırda işlər davam etdirilir.
Hesabat dövrü ərzində Rayon Mərkəzi Xəstəxanası üçün yeni xəstəxana kompleksinin tikintisinə  torpaq sahəsi ayrılaraq sənədləşmə işləri həyata keçirilmiş, 90 çarpayılıq  xəstəxananın tikinti işlərinə başlanılmışdır. . İnstitut qəsəbəsində həkim məntəqəsinin, Alıuşağı və İstixana kəndlərində tibb məntəqəsinin tikinti işləri həyata keçirlir.
2020-ci ilin əvvəlindən  Heydər Əliyev Fondunun təşəbbüsü ilə  800  şagird yerlik Sərkar kənd  tam orta  məktəbinin, 100 yerlik  Sərkar kənd uşaq bağçasının,  Ziyadlı kəndində 60 yerlik uşaq bağçasının tikilməsi  və 600 yerlik tam  orta məktəbin əsaslı təmiri üçün layihələndirmə işləri həyata keçirilmiş və eyni zamanda  800  şagird yerlik Sərkar kənd tam  orta  məktəbinin, 100 yerlik  Sərkar kənd uşaq bağçasının və 60 yerlik Ziyadlı kənd uşaq bağçasının  tikinti işlərinə başlanılmışdır. 600 yerlik Ziyadlı kənd tam  orta məktəbində əsaslı təmir və bərpa işləri həyata keçirilir. Ziyadlı kənd  tam orta məktəbində mini futbol meydançasının tikintisi nəzərdə tutulmuşdur. . Bundan başqa İnstitut qəsəbəsində 960 şagird yerlik tam orta məktəbin tikinti işləri və 624 yerlik Çobanabdallı kənd  tam orta məktəbinin  tkintisi üçün layihə sənədlərinin hazırlanması işləri həyata keçirilir. 
         2020-ci ilin yanvar-iyun aylarında  sərnişin daşınması 27,0 faiz azalaraq, 3541 min  nəfər olmuşdur. Mal və xidmətlərin həcmi 22,2 faiz azalaraq, 1133,1 min manata çatmışdır. Hesabat dövründə sərnişin dövriyyəsi 33957,0  min sərnişin km olmuşdur.
        Hal-hazırda rayonda 1 rabitə müəssisəsi - Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Hesabat dövründə  telefon çəkilişi 110, telefon aparatlarının sayı isə 8703  ədəd olmuşdur.
        Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi  444,3 min manat və ya  əvvəlki ilə nisbətən 9,2 faiz çox olmuşdur.
        2020-ci ilin yanvar-iyun aylarında rayon üzrə pərakəndə ticarət dövriyyəsi 60061,6 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz azdır. Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 1016,3 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət dövriyyəsinin 51,4 faizini təşkil edir.                                                                         
        Pərakəndə ticarət dövriyyəsinin 38335,5 min manatı və ya 63,8 faizi ərzaq mallarının, 21726,1  min manatı və ya 36,2 faizi isə qeyri-ərzaq mallarının payına düşür.
        Topdansatış əmtəə dövriyyəsi 218,9 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 104,5 min manat və ya  32,3 faiz az olmuşdur.
        2020-ci ilin yanvar-iyun aylarında əhaliyə 11883,4 min manatlıq ödənişli xidmət göstərilmişdir ki. bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 19,4 faiz azdır. Ödənişli xidmətin 997,9 min manatını  və ya 8,4 faizini məişət xidməti təşkil edir.
         Fiziki şəxslər tərəfindən 8572,6 min manatlıq və ya ümumi  həcmin 72,1 faizi  qədər  ödənişli xidmət göstərilmişdir.
          Hesabat dövründə  əhaliyə cəmi 961,3 min manatlıq iaşə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə  nisbətən 826,8 min manat  və ya müqayisəli qiymətlərlə 46,8 faiz azdır. İaşə xidmətinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. Rayonda iaşə xidməti ilə 55 fiziki şəxs  məşğul olmuşdur.
         2020-ci ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta sayı 5139 nəfər, həmin işçilərə hesablanmış əməkhaqqı fondunun məbləği isə 14050297,3 min manat  təşkil etmişdir. Hər bir işçiyə düşən orta aylıq əməkhaqqının  məbləği 455,7 manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 37,5 faiz çoxdur.

Keçidlər