Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Azərbaycana 100 təcili yardım maşınının gətirilməsi nəzərdə tutulur”

06 avqust 2020 | 16:00

“Azərbaycana 100 təcili tibbi yardım maşınının gətirilməsi nəzərdə tutulur. Onlardan 40-ı artıq Bakıdadır”.
Bunu avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə deyib. 
Dövlət başçısı bildirib ki, təcili tibbi yardım maşınları bütün bölgələrə göndəriləcək:
“Xəstə vətəndaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün bu maşınların çox böyük əhəmiyyəti var”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Keçidlər