Samux rayonunda tərəvəz bitkilərinin əkin sahəsi genişləndirilib – bol məhsul var
06 avqust 2020 | 16:00
Son illər Samux rayonunda ənənəvi təsərrüfat sahələrindən olan tərəvəz bitkilərinin əkininə maraq artıb. Belə ki, bu il rayonda 707 hektar ərazidə tərəvəz bitkiləri əkilmişdir. 697.7 hektar ərazidə isə məhsul yığımı aparılmışdır. 113781.4 sentner məhsul yığılaraq istehlakçılara çatdırılmışdır.