Samux rayonunda “Gül bayramı” keçirilmişdir
06 may 2014-cü il tarixində Samux şəhərində Ulu Öndərin adını daşıyan mərkəzi istirahət parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibəti ilə “Gül bayramı” keçirilmişdir. “Heydər” parkı bayram münasibəti ilə dizaynerlər tərəfindən təbii güllərlə bəzədilmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, ümumtəhsil məktəbləri və uşaq bağçaları tərəfindən təbii və dekorativ güllərdən Ulu öndərə həsr olunmuş kompozisiyalar və nadir gül nümunələri parkda xüsusi ayrılmış yerlərdə yerləşdirilmişdir.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev yaradılmış komissiya ilə birlikdə tədbirdə nümayiş etdirilən kompozisiyalarla tanış oldu.
Daha sonra cənab Alı Qocayev və komissiya üzvləri ənənəvi olaraq “Gül Bayramı” ilə paralel keçirilən məktəblilərin yerüstü rəsm müsabiqəsində çəkilmiş şəkillərlə tanış oldular.
Komissiyanın qərarı ilə hər iki müsabiqənin qalibləri rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.