Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr edilmiş bilik yarışı keçirilmişdir.

06 may 2014 | 15:00

05.05.2014-cü ildə Samux Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr edilmiş bilik yarışı keçirilmişdir. Yarışda Rayonun müxtəlif ümumtəhsil məktəblərinin 10 komandası iştirak etmişdir və Samux şəhər 1 saylı tam orta məktəb 1-ci yerə ,şəhər 3 saylı tam orta məktəb 2-ci yerə,Qovlarsarı kənd tam orta məktəb isə 3-cü yerə layiq görülərək diplom və medallarla təltif olunmuşlar. Heydər Əliyev Mərkəzi tərəfindən təsis olunmuş kubok isə qalib olmuş 1 saylı şəhər tam orta məktəbin “Nyutonun nəvələri” komandasına Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş tədbirdə Samux Rayon İcra Hakimiyyəti Başçısı Alı Qocayev tərəfindən təqdim olunmuşdur.

Keçidlər