Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

06 may 2014 | 15:00

Samux rayonunda  rayonunda  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının  91 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin  davamı olaraq rayonun Heydər Əliyev mərkəzində elmi-praktik konfrans keçirilmişdir.
        Tədbirdə  Rayon İcra  Hakimiyyətinin Başçısı  cənab  Alı Qocayev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov, Azərbaycan  Tibb Universitetinin Tədris Terapevtik klinikasının direktoru Surxay Musayev  və “Xalq qəzetinin” bölgə müxbiri Hamlet Qasımov, hüquq-mühafizə orqanlarının  rəhbərləri, rayon  ictimaiyyətinin nümayəndələri, idarə və  müəssisə rəhbərləri iştirak  edirdilər.
       Konfrans  iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə əklillər qoymuş və tər çiçəklər düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
       Bunun ardınca Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş  video filimə baxılmşıdır. Filimə baxıldıqdan sonra  tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açaraq    Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının son min illik tarixi ərzində yetirdiyi ən böyük  tarixi şəxsiyyət Heydər  Əliyevin tanrının Azərbaycan Xalqına bəxş etdiyi ən böyük nemət olduğunu dedi.
Daha sonra çıxış edən qonaqlar  Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini konfans iştirakçıları ilə bölüşmüşlər.
Tədbirin sonunda Samux rayonunda Ulu Öndər Heydər Əliyev “Uşaqların Gözü ilə ” mövzusunda keçirilmiş müsabiqə iştirakçılarına fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.

Keçidlər