"Azərbaycan Olimpiya Odisseyası" layihəsi
26 iyul 2020 | 16:00
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" şüarı altında, "Azərbaycan Olimpiya Odisseyası" layihəsi çərçivəsində iyul ayından etibarən hər ay iki dəfə olmaqla məşhur idmançılarla onlayn görüşlər keçiriləcəkdir.
23 iyul 2020-ci il tarixdə saat 16:00-da Olimpiya Çempionu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurovun gənclərlə onlayn görüşü keçirildi.
Olimpiya Çempionu Fərid Mansurov ölkədə həyata keçirilən idman siyasətindən danışdı, idmanla bağlı gəncləri maraqlandıran sualları cavanlandırdı. Onlayn görüşdə Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi, əməkdaşları və rayon gəncləri də iştirak edirdi.