Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü tarixi əhəmiyyət kəsb edir

24 iyul 2020 | 16:00

“Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə təşəbbüsü bu beynəlxalq təşkilatın üzvləri tərəfindən yekdilliklə dəstəklənib. BMT Baş Assambleyasının xüsusi sessiyası mühüm bir platformadır. Təəccüblü deyil ki, geniş ictimaiyyət BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasına böyük maraq göstərir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova deyib.
K.Xəlilova bildirib ki, Azərbaycan bu beynəlxalq qurumun ən fəal və qabaqcıl üzvüdür. BMT-nin dünya üzrə geniş monitorinq analizlərinin nəticəsi olan “Davamlı inkişaf hesabatı-2020” sənədinə görə, Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilib və ölkəmiz 166 ölkə arasında 54-cü yerə layiq görülüb. Bu göstərici ilə Azərbaycan bölgədə bütün ölkələri üstələyib və faktiki olaraq regional lider statusuna yüksəlib. Ölkəmizin BMT-nin müəyyən etdiyi bir sıra fundamental istiqamətlər üzrə əldə etdiyi nəticələr qururvericidir.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsünün çox geniş miqyasda dəstəklənməsinin özü böyük nüfuz faktıdır. Həm də, BMT-nin hesabatında Azərbaycanın “Davamlı inkişaf məqsədləri indeksi” üzrə regional lider səviyyəsinə yüksəlməsi hadisəsi ilə dövlətimizin başçısının qlobal təhdid mənbəyinə-COVID-19 pandemiyasına qarşı beynəlxalq səylərin birləşdirilməsi məqsədilə xüsusu sessiyasının çağırılması təşəbbüsü arasında sinxronluq diqqətdən yayınmır. Deməli, Azərbaycan təkcə regionda deyil, bütövlükdə dünya miqyasında nümunəvi və örnəkverici dövlət kimi qəbul edilir.

Kəmalə Xəlilova
Samux Rayon İcra Hakimiyyəti Başçının müavini-
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Keçidlər